Şəhid İsa Məmmədovun ailəsi doğum günündə ziyarət edilib FOTOLAR

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon icra hakimiyyətinin başçısının müavini Könül Axundova və digər şəxslər Binə qəsəbəsi Südçülük yaşayış sahəsinin sakini, Vətən müharibəsi şəhidi əsgər (MAHHXHQ) Məmmədov İsa Nazim oğlunun doğum günündə məzarını ziyarət etmiş, ruhuna dualar oxunmuş və onun əziz xatirəsini ehtiramla yad etmişlər. Ailədə görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən V.Seyidov bildirmişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.

V.Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından "Anım lövhəsi"ni və üzərində Vətən müharibəsinin simvoluna çevrilmiş "Xarıbülbül" təsvirinin içərisində şəhidimizin şəkili toxunmuş xalçanı şəhid ailəsinə təqdim etmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildirmişlər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə