ABŞ 15 erməninin qaytarılması barədə Azərbaycanın atdığı addımı təqdir edir

ABŞ Azərbaycanın saxlanılan 15 ermənini sərbəst buraxmasını və onların Ermənistana ailələrinə qayıtmasını alqışlayır.

SİA xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında belə qeyd olunub.

Bildirilib ki, atılan addımlar bölgə xalqlarını layiq olduqları dinc və firavan gələcəyə yaxınlaşdırır.

“ABŞ Azərbaycanın saxlanılan 15 ermənini sərbəst buraxmasını və onların Ermənistana ailələrinə qayıtmasını alqışlayır. Biz, həmçinin Ermənistanın minaların təmizlənməsi və gələcək itkilərin qarşısının alınması üçün Azərbaycanı vacib informasiyalarla təmin etməsini alqışlayırıq. Bölgə xalqlarını layiq olduqları dinc və firavan gələcəyə yaxınlaşdıran bu addımların asanlaşdırılmasında Gürcüstanın oynadığı mühüm rola görə Baş nazir İrakli Qaribaşviliyə və Gürcüstan hökumətinə minnətdarıq. ABŞ bu addımları dəstəkləməkdən məmnundur və əlavə əməkdaşlıq üçün zəmin yaradacaqlarına ümid edir. Biz bütün saxlanılanların qaytarılmasına dair çağırışımıza davam edirik və region ölkələrinə əməkdaşlığa davam etmək səylərinə yardım etməyə və aralarındakı həll olunmamış məsələləri həll etmək səylərində kömək etməyə hazırıq. Biz, həmçinin Ermənistan və Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında münaqişənin hərtərəfli siyasi həllinin müzakirəsi üçün substantiv danışıqlarda yenidən iştirak etməsinə dair çağırışımıza davam edirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...