Milli Məclisin iki növbədənkənar iclası keçiriləcək

Milli Məclisin iki növbədənkənar iclası keçiriləcək

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib. SİA-nın məlumatına görə, bugünkü iclasın gündəliyinə bir sıra məsələlər daxil edilmişdi. Deputatlar "Yol hərəkəti haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsini qəbul ediblər.

Bundan başqa, milət vəkilləri İnzibati Xətalar Məcəlləsinə, Mülki-Prosessual Məcəlləyə, Cinayət Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihələrini də müzakirə ediblər.

Qeyd edək ki, yaz sessiyası bu gün başa çatsa da, Azərbaycan parlamenti iyun ayında da işləyəcək. 78 deputatın müraciəti əsasında növbədənkənar sessiya keçiriləcək.

Milli Məclisin iki növbədənkənar iclası keçiriləcək. İclasların iyunda keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə