Milli Məclis Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişiklikləri təsdiq edib
Bu gün Milli Məclis Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklikləri təsdiq edib. SİA-nın məlumatına görə, iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklərə görə, vətəndaşların Ali Məhkəməyə müraciəti zamanı ərizəyə ilkin olaraq Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilmiş 5 hakimdən ibarət məhkəmə heyəti baxacaq.
Onun sözlərinə görə, məhkəmə tərkibinə daxil olan hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar olduqda Ali Məhkəmənin sədri həmin hakimi 5 ehtiyat hakimdən biri ilə əvəz edir.
Qeyd edək ki, dəyişikliyə görə, Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilən 5 hakim ərizəyə baxdıqdan sonra aşağıdakı qərarlardan birini çıxara bilər; ərizənin qaytarılması haqqında, ərizənin rədd edilməsi haqqında, ərizənin iş ilə birlikdə Ali Məhkəmənin Plenumuna göndərilməsi haqqında.
Sonda layihə deputatların müzakirəsindən sonra təsdiqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB