“Ermənistanda mütəxəssis qalmayıb” QAQIK SARUKYAN

“Ermənistanda mütəxəssis qalmayıb” QAQIK SARUKYAN

Ermənistanda bir dənə də mütəxəssis qalmayıb, hamısı mühacirət edib. SİA xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan seçki kampaniyası çərçivəsində danışarkən söyləyib.

O, həyəcan təbili çalaraq vurğulayıb ki, Ermənistanda hətta, normal bir ixtisaslı qaynaqçı, elektrik belə tapmaq mümkün deyil və hamısı ölkəni tərk edib.

“Bu insanlar ölkəni tərk ediblər. Niyə? Çünki burada iş tapa bilmirlər. İş yoxdur və bu insanlar ailələrini dolandıra bilmirlər. Nəticədə onlar iş tapmaq, dolanmaq üçün mıxıb gedirlər. Sizi inandırıram, indi ölkəmizdə bir dənə də olsun mütəxəssis yoxdur. Həqiqətən, kimsə bir mütəxəssis tapmaq istəsə də, tapa bilməz”, deyə Sarukyan bildirib.

Görünür, Ermənistanda vəziyyətin acınacaqlı olduğunu, vətəndaşların səfalət içərisində olan ölkəni tərk etdiyini seçkiqabağı kompaniya dövründə namizədlər artıq etiraf etmək məcburiyyətində qalıblar. Daha dəqiq desək, onlar həm öz ölkələrinin acınacaqlı durumunu xalqa göstərir,bəyan edir,həm də mövcud vəziyyəti xatırladaraq, guya bundan çıxış yolu tapacağını vəd edirlər. Əslində, bu bir təbliğat kompaniyası olmaqla yanaşı, mövcud ağır durumun etirafıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə