Türkiyə tarixində ilk dəfə fəaliyyətdə olan ordu generalı həbs olunub
Türkiyə tarixində ilk dəfə fəaliyyətdə olan ordu generalı həbs olunub. SİA-nın "Net.Haber" qəzetinə istinadən verdiyi xəbərə görə, "Balyoz" dövlət çevrilişi planı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə istintaqı Türkiyə Silahlı Qüvvələri Hərbi Akademiyasının komandanı, ordu generalı Bilgin Balanlının həbsinə order verib.
Dünən general Balanlı "Balyoz" işi üzrə ifadə vermək üçün növbəti dəfə prokurorluğa çağırılıb. Məlum olub ki, istintaqın tələbi ilə İstanbulun Ağır Cinayətlər üzrə 14-cü Məhkəməsi generalın həbsinə qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB