Regional “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb FOTOLAR
15 iyun Milli Qurtuluş Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Kürdəmir regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, rayon təşkilatının aparat rəhbəri Niyazi Ağayev və Kürdəmir regional “ASAN xidmət” mərkəzinin direktoru Ruslan Muradov iştirak ediblər.
YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli əvvəlcə tədbir iştirakçılarını“Milli Qurtuluş Günü münasibətilə təbrik edərək bldirib ki, xalqımızın müstəqillik illərində qeyd etməyə başladığı ən əziz bayramlardan biridir. Bu, bizim müstəqil dövlətimizin xilas bayramıdır, xalqımızın qanlı uçurum təhlükəsindən qurtuluş bayramıdır. Ağali Kərimli xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsindəki xidmətlərindən, onun nurlu ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrilməsindən, Yeni Azərbaycan Partiyasının öncül fəaliyyətindən və dünyadakı siyasi nüfuzundan danışmışdır. Bildirmişdir ki, YAP sıralarında daim gənclərin sayının artması Partiyamızın daimiliyini təmin edən şərtlərdəndir. Daha sonra çıxış edən Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müstəqil Azərbaycanın qurulmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, Prezident İlham Əliyev tərəfindən dövlətçilik strategiyasının uğurla davam etdirildiyini vurğulayıb. YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdıran natiq təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə təşkilatı məsələlərə baxılıb və ilk təşkilatın sədri və sədr müavini müəyyənləşib.
İclasda Kürdəmir regional “ASAN xidmət” mərkəzinin direktoru Muradov Ruslan Murad oğlu YAP Kürdəmir rayon təşkilatı “ Kürdəmir regional ASAN xidmət” ərazi ilk partiya təşkilatının sədri, Şəfiyev Tural Akif oğlu isə “Kürdəmir regional ASAN xidmət” ərazi ilk partiya təşkilatının sədr müavini seçilmişdir. Yeni tərkibə seçilənlər onlara göstərilən bu etimada görə təşəkkür etmiş, bu etimadı öz işləri və əməli fəaliyyətləri ilə doğruldacaqlarını bildirmişlər.
Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul olunmuş bir qrup əməkdaşlara partiya üzvlük vəsiqələri təqdim edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB