"20 iyun tarixində Paşinyan tam məğlubiyyətlə üzləşəcək" ARMEN AŞOTYAN

"20 iyun tarixində Paşinyan tam məğlubiyyətlə üzləşəcək" ARMEN AŞOTYAN

"Mən həqiqi müxalifətin təbliğatını çox müsbət qiymətləndirirəm" SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Mənim Şərəfim Var" blokunun nümayəndəsi Armen Aşotyan, 11 iyun tarixində keçirdiyi mətbuat konfransında deyib.

O, "Mənim Şərəfim Var" blokunun həm siyasi gündəmin formalaşdırılması, həm də yerdəki iş baxımından işini açıq şəkildə artırdığını, mövcud vəziyyəti cəmiyyətə dəqiq qiymətləndirməsini təqdim etdiyini qeyd edib.

Armen Aşotyana görə, müxalifət bu cür çalışmağa davam edərsə, 20 iyun tarixində Nikol Paşinyanın ümumi məğlubiyyəti qeydə alınacaq.

Aşotyan Nikol Paşinyan tərəfindən aparılan təşviqat kampaniyasından da danışıb.

“Bu, həqiqətən bir təşviqat kampaniyası deyil. Nikolun təbliğatı, ölkəyə tökülən üfunətli suyun partlamış kanalizasiyasına bənzəyir. Və bu zədələnmiş kanalizasiya sistemi 8 gün də Ermənistanın vətəndaşlarının həyatını və siyasi gündəmini zəhərləməyə davam edəcəkdir. Təcili olaraq iyunun 21-dən sonra gəlib bu kanalizasiyanı təmir etdirəcək bir komandaya ehtiyacımız var ki, bu qoxu artıq bütün Ermənistana yayılmasın", deyə Armen Aşotyan fikirlərini yekunlaşdırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə