YAP Tərtər rayon təşkilatı Qurtuluş Gününə həsr olunan tədbir keçirib - FOTOLAR
YAP Tərtər rayon təşkilatının 15 iyun Milli Qurtuluş Gününə həsr olunan növbəti tədbiri bir qrup partiya fəalı və Heydər Əliyev Mərkəzinin kollektivinin iştirakı ilə keçirilib.
Öncə tədbir iştirakçıları Ulu Öndərin rayonun Heydər Əliyev mərkəzindəki foesindəki büstü önünə tər gül-çiçək dəstələri qoyaraq Onun xatirəsini ehtiramla yad ediblər və Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən foto stendlə tanış olublar.
YAP rayon təşkilatının sədri Ramiz Şabanov tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin qurulması və inkişaf etdirilməsində ki misilsiz xidmətlərindən, Onun ideyalarının həyata keçirilməsi sahəsində Azərbaycanın qüdrətli dövlətə çevrilərək 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızın azad edilməsindən, bu gün Onun siyasətinin ardıcıllıqla yerinə yetirilməsi sayəsində ölkəmizin region dövlətləri, eləcə də dünyanın sayılıb-seçilən ölkələri arasında səsi eşidilən bir ölkəyə çevrilməsindən danışıb.
Tədbir iştirakçılarından Əmirxanlı Mərziyyə, Məmmədzadə Rəqsanə, Mustafazadə Orxan və başqaları da çıxış edərək Azərbaycan xalqının və dövlətinin bu günü və gələcəyi naminə Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi, müəyyənləşdirdiyi strateji xəttin davamının müasir Azərbaycan dövlətinin daha işıqlı və daha firavan həyata malik olmamızda əhəmiyyətli rol oynayacağını vurğulayıblar.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB