Səfər Əbiyev Türkiyənin quru qoşunlarının təlim və doktrina komandanını qəbul edib

Səfər Əbiyev Türkiyənin quru qoşunlarının təlim və doktrina komandanını qəbul edib

Mayın 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyənin quru qoşunlarının təlim və doktrina komandanı ordu generalı Saldıray Berkini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı hərbi təhsil, təlim məsələləri və əməkdaşlığın digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə