“Stepanakert-Gorus yolunun təhlükəsizliyi və müvafiq mexanizmlərin təmin edilməsi barədə çox danışılır, amma düşünürəm ki, Sünik bölgəsindəki Gorus-Qafan-Çakaten-Şikaox-Mehri hissəsinin təhlükəsizliyi məsələsi heç də az problemli məsələ deyil. SİA Ermənistana məxsus armenianreport.com saytında yayılan məlumata istinadən xəbər verir ki, bu barədə "Mənim Şərəfim var" blokunun seçki siyahısına daxil edilmiş “Anaket” analitik mərkəzinin qurucusu və rəhbəri Tiqran Abramyan öz Facebook səhifəsində yazır.
“Çoxları düşdükləri tələnin dərinliyini dərk etmirlər, çünki müharibədən sonrakı dövrdə bu sahədə hadisələr nadir hallarda qeydə alınır. Lakin "şifahi razılaşma" nəticəsində bu yolun bir hissəsi Azərbaycanın nəzarətindədir və bir hissəsində Azərbaycan hər an nəzarətini təmin edə bilir. Sünikdə yeni bir təhlükəsizlik sistemi tələb olunur, mövcud yanaşmalar müvəqqətidir, situasiya məsələləri həll olunur və ciddi təhlükəsizlik zəmanətləri verilmir", deyə Tiqran Abrahamyan öz sosial şəbəkə hesabında qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB