Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin öhdəsindən də layiqincə gələcək
Prezident İlham Əliyev Ulu Öndərimizin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" fikirlərini reallığa çevirməkdədir
Azərbaycan xalqı öz tarixinin ən yaddaqalan və şanlı dönəmlərindən birini yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il ərzində dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının, hətta BMT Təhlükəsizlik Şurasının nizamlanmaya bilmədiyi Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsini 44 gün ərzində kimsənin köməyi olmadan həll etdi. Bu böyük tarixi Zəfəri bizlərə yaşadan, gənc yaşlarında şəhidliyi və qaziliyi seçən igid oğullarımızın hamısı hər birimizə eyni dərəcədə əziz və yaxındılar. Vətən uğrunda canlarından keçən Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik.
Prezident İlham Əliyev: “Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq”
Bəli, artıq işğaldan azad olunmuş torpaqlarımızda Xarıbülbül yenidən göyərməyə başlayır. Prezident İlham Əliyev: “Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanılıb”.
Xalqın inamını və etibarını, sevgisini qazanmış Prezident İlham Əliyevin ölkə vətəndaşları üçün etdiyi hər bir jest, atdığı hər addım, göstərdiyi qayğı, həmçinin qalib Ölkənin qalib Ali Baş Komandanı kimi bütün dünya ölkələri üçün nümunə olaraq qəbul edilir, dünya liderləri arasında cənab Prezidentin nüfuzu daha da artmışdır. Bu gün tariximizin yeni səhifəsidir.
Dünya mətbuat tarixinə qızıl hərflərlə düşən 4 saatdan çox çəkən 4 dildə keçirdiyi mətbuat konfransında bütövlükdə regionun gələcəyi ilə bağlı bir sıra mühüm mesajlar verərək, ölkəmizin siyasi kursunun mahiyyətini açıqlamaqla bildirdi ki, Azərbaycan daim sülhün və əmin-əmanlığın tərəfində olmuşdur, lakin torpaqlarımızın hərbi yolla azad edilməsi tarixi prosesin davamı olaraq zəruri bir tədbir idi və Azərbaycan Qafqazın siyasi və iqtisadi inkişafının tərəfdarıdır. Dövlət başçısının yürütdüyü siyasət nəticəsində xalqımız yumruq kimi birləşib, həmin yumruğu düşmənin başına endirdi. Belə bir zamanda iki qardaş dövlət olan Azərbaycan Türkiyənin daha möhkəm strateji tərəfdaşlığı, Azərbaycanı mənəvi olaraq daim dəstəkləyən qardaş Türkiyə ilə yanaşı, İsrail, Pakistanın strateji tərəfdaşlığı, İtaliya, Macarıstan, Ukrayna, Əfqanıstanın Azərbaycanı dəstəkləməsini açıq bəyan etməsi, həmçinin əvvəllər neytral qalan dövlətlərin də Azərbaycanı dəstəkləməsi, zidd yanaşmada olan dövlətlərin neytrallaşdırılması ölkə rəhbərinin apardığı uğurlu xarici siyasətin bariz nümunəsidir.
“Qarabağ ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir. Regionun bərpası ilə bağlı bizi çox işlər gözləyir”
Bu gün Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr, zəfərlər yazır: "Ali Baş Komandanımız, Prezident İlham Əliyev çıxışlarında, müsahibələrində, müraciətlərində həmişə bildirib ki, “Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır".
Və qazanılan qələbələr təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Böyük iqtisadi imkanlara malik Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacağıq. Çünki Azərbaycan bu qələbəni iqtisadi faydalara çevirməyi bacaracaq, çünki bunun üçün də mühüm imkanlar var. Həm resurslarına, mövcud infrasztruktur layihələrinə, eyni zamanda geniş əlaqlərə görə ölkəmiz lider mövqedədir. Eyni zamanda, işğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var. Belə ki, 1994-cü ildə uğurlu Horadiz əməliyyatından sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsinə həyat verildi. 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi – "Böyük qayıdışın başlanğıc" nöqtəsi oldu. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. Bu məqsədlə Azərbaycan Prezidenti tərəfindən ardıcıl olaraq bir neçə dəfə Sərəncam imzalanıb. Cocuq Mərcanlı hazırda işğal altında olan istənilən kənd yaşayış məntəqəsi ilə müqayisədə daha abaddır, iş yerləri və sosial xidmətlərlə daha yüksək səviyyədə təmin olunub. Artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır. Bir sözlə, Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır. Sözsüz ki, bu işlərə başlamaq üçün ilk növbədə azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin edilir. Torpaqlar işğaldan azad edildikcə “Böyük qayıdış” da davam edir. Ümumiyyətlə, Qarabağ Ermənistan üçün iqtisadi yük idisə, Azərbaycan üçün isə iqtisadi potensialdır. Bir sözlə, işğaldan azad edilən ərazilərin iqtisadi potensialı böyükdür.
Dövlət başçımızın gerçəkləşdirdiyi uğurlu diplomatiya yeni əsrdə Azərbaycanın nəinki bölgədə, bütün dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir.
Ermənistanın növbəti "xəritə" təxribatı – vandallığının, barbarlığını təsdiqi
Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olsa da, nəticədə Azərbaycan qalib ölkə, işğalçı ölkə isə kapitulyasiya aktına imza atmış məğlub dövlət oldu. Bu gün yenə də Ermənistan öz xislətini göstərməkdədir. Belə ki, gün mənfur düşmən terror siyasətini təkcə işğal dövründə deyil, məğlubiyyətdən sonra da davam etdirir. Ermənistan hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb. Əsas məqsədi, əlbəttə ki, mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasını təmin etmək, hər vəchlə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlərə mane olmaqdır. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında sözügedən məsələyə aydınlıq gətirməklə Ermənistanın cinayətkar əməllərini müharibədən sonra da davam etdirdiyini vurğulayıb: «Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir».
«Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər» -deyən dövlət başçısı onu da vurğulayıb ki, biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq: «Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz».
Ancaq mənfur düşmən bilməlidir ki, yeni texnologiyaların tətbiqi imkan verəcək ki, biz bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlaya bilək. Dövlət başçımızın dediyi kimi: «Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır».
Və bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər.
Çünki bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 17 il əvvəl “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl lider ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan Liderdir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB