Millət vəkili Şimali Kiprdə Dağlıq Qarabağdan danışıb

Millət vəkili Şimali Kiprdə Dağlıq Qarabağdan danışıb

Azərbaycanın müstəqilliyinin 93-cü ildönümü münasibətiləYakın Doğu Universitetində Atatürk Kültür Konqre Mərkəzi tərəfindən Azərbaycan gecəsi təşkil olunub.

SİA-nın verdiyi məlumata görə, Azərbaycan gecəsi BRT TV-dən canlı olaraq yayınlanıb. Eyni zamanda Azərbaycan gecəsi yaxın günlərdə TRT AVAZ, İctimai TV və İrak Türkmeneli TV-dən də yayınlanacaq.


Azərbaycan gecəsinə Türkiyə Cümhuriyyəti böyükelçisi Halil İbrahim Akça, Azərbaycandan millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı, Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) Zorlu Töre ve Ejder Aslanababa, Yakın Doğu Universitetinin qurucu rektoru Suat Günsel, ŞKTC-də təhsil alan Azərbaycan tələbələri və digərləri qatılıb.


Gecə şəhidlərin bir dəqiqəlik anılması, İstiqlal marşı və Azərbaycan himninin oxunması ilə başlayıb.


Q.Paşayeva çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 93-cü ildönümü ilə bağlı bütün Türk dünyasını təbrik edib.


Qardaş Şimali Kiprdə bu bayramı təşkil edənlərin hamısına təşəkkür edən millət vəkili vurğulayıb ki, bu bayram təkcə Azərbaycan türklərinin deyil, bütün türklərin bayramıdır.


"Çünki bütün müsəlman Şərqində məhz Azərbaycan ilk dəfə cümhuriyyət, demokratik respublika qurub. Bu bir qürur, bir iftixar tarixidir" –deyən millət vəkili ilk dəfə qadına seçmək və seçilmək haqqı verdiyini, hətta, o zaman bir sıra Qərb ölkələrində belə qadınların bu haqlara malik olmadığını vurğulayıb.


Millət vəkili öz çıxışında Dağlıq Qarabağ probleminə də toxunub. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini 20 ilə yaxındır ki, işğal altında saxladığını deyən millət vəkili Qarabağ probleminin türk dünyasının problemi olduğunu və onun həlli istiqamətində türk dünyasının, bütün türklərin birgə mübarizə aparmasının vacibliyini vurğulayıb.


Millət vəkili Azərbaycanın bir qarış torpağını da heç kəsə güzəştə getməyəcəyini və ərazilərini işğaldan azad edəcəyini bildirib.


"Mən hamımıza Azərbaycan Cümhuriyyətinin qurulmasının 94-cü ildönümünü işğaldan azad etdiyimiz gözəl Qarabağımızda, Şuşamızda, Xocalımızda və digər bölgələrimizdə birgə qeyd etməyimizi arzu edirəm. Mən inanıram ki, o gün uzaqda deyil. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək! Bütün türk dünyası bu işdə Azərbaycana, qardaşlarına dəstək göstərməli və daim onun yanında olmalıdır!" - deyə o bildirib.


Türk dünyasının böyük aydını İsmayıl bəy Qaspiralının dildə, fikirdə, işdə birlik fikrini səsləndirən millər vəkili türk gəncliyini ortaq dəyərlərə daha çox sahiblənməyə səsləyib.


Millət vəkili Musa Qasımlı çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Azərbaycanın 20 il əvvəl yenidən öz müstəqilliyini qazanmasından sonra keçdiyi yol, əldə etdiyi uğurlar barədə ətraflı məlumatlar verib.


Azərbaycan türklərinin Çanaqqala döyüşlərində öz qardaşlarının daim yanında olduğunu vurğulayan M.Qasımlı Qafqaz İslam Ordusunun da Azərbaycan türklərinə yardıma gələrək Bakının işğaldan azad olunmasında böyük rol oynadığını deyib.


Millət vəkili Azərbaycanın həyata keçirdiyi böyük enerji və nəqliyyat layihələri və onların həyata keçirilməsi zamanı daima Türkiyənin maraqlarını nəzərə aldığını və iki ölkənin birlikdə böyük bir enerji-nəqliyyat dəhlizinə çevrildiyini vurğulayıb.


Çıxışlardan sonra Azərbaycan sənətçisi Tünzalə Ağayeva səhnədə "Mən azərbaycanlıyam", "Sevgilər", "Pərvanə", "Şəhidim", "Biz gəlirik", "Esmer yarım" (kərkük türküsü), "Qara qız", "Axar çaylar" və "Natual women" mahnılarını ifa edib.


Gecənin sonunda səhnəyə çıxan Azərin "Turanım", "Türkün bayrağı" və "Çırpınırdı Qara dəniz" mahnılarını ifa edib.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня