“Dırnaqarası kompromat tam əks reaksiyaya səbəb olur” POLITOLOQUN ŞƏRHİ

Sarkisyan Paşinyanın səs yazısını yayıb. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Zaur Məmmədov söyləyib.

Politoloq sual edib ki, Soçidə Rusiya, Qazaxıstan və Belarus liderləri Nikola həqiqətən də Qarabağla bağlı təklif veriblərmi?

“Dünən, Serj Sarkisyan Paşinyana qarşı çoxdan vəd etdiyi “kompromat”ını açıqlayıb. Kompromatda söhbət Paşinyanın səs yazısından gedir. Guya 2018 - ci ildə Soçidə rəsmi tədbirdən sonra, Rusiya, Belarus və Qazaxıstan liderləri Paşinyana Dağlıq Qarabağla bağlı həll variantı təklif ediblər və bildiriblər ki, “sən indi çox populyarsan, Qarabağ məsələsini həll etmək üçün tarixi şansın var". Paşinyan isə onlardan soruşub ki, əgər, tarixi bir şansim varsa, sizin dediyiniz həll yolu nədən ibarətdir? Cavab olaraq isə, “Lavrov planı və bu plana uyğun olaraq qoşunların Qarabağdan geri çəkilməsi və başqa təkliflər” qeyd olunub. Paşinyan isə Qarabağın statusu müəyyənləşdirilmədən bu məsələnin müzakirə oluna bilməyəcəyini söyləyib.

Səs yazısında Paşinyan hadisəni kiməsə danışır, bu şəxsin kimliyi bəlli deyil. Maraqlıdır kı, bu dırnaqarası kompromat Paşinyanı nüfuzdan salmır, tam əks reaksiyaya səbəb olur”, deyə politoloq Zaur Məmmədov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə