Qərib Məmmədov: “Azərbaycanın Gürcüstanla mövcud olan 480 km sərhəddinin 300 km-i razılaşdırılıb”
Azərbaycanın Gürcüstanla mövcud olan 480 km sərhədinin 300 km-i razılaşdırılıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib. Onun sözlərinə görə, hazırda 180 km üzərində iş aparılır: "Hazırda ekspertlər səviyyəsində yerlərdə işlər aparılır. Görülən işlərin nəticələri hər iki komissiyaya təqdim olunub. İndi diplomatik kanallarla biz Gürcüstandan dəvət gözləyirik".
Şəhər kadastrının hazırlanmasına gəlincə Q. Məmmədov bildirib: "Bu çox aktual mövzudur. Əslində birinici nəzər salmaq lazımdır, şəhər kadastrı nə deməkdir? Şəhər kadastrı şəhər təsərrüfatının idarə olunması deməkdir. Amma hazırda bu Azərbaycanda yoxdur. Biz İsveçrənin 2.5 mln dollar qrantı hesabına iki layihə yerinə yetirmişik. Daha sonra Yaponiyanın ayırdığı qrant hesabına rəqəmli xəritələr çap etmişik. Cənubi Koreyanın ayırdığı qrant hesabına biz Xəzər rayonunun Zirə qəsəbəsinin şəhər kadastrı nümunəsini pilot kimi həyata keçirmişik. İndi danışıqlar aparılır və ilkn razılıq olunub ki, bütün Xəzər rayonu ərazisinin şəhər kadastrını hazırlayaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB