Status sonrakı məsələdir, əsas olan... - LAVROV

Status sonrakı məsələdir, əsas olan... - LAVROV

"Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk qrupu həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) iştirakı ilə müzakirə olunmalıdır. Lakin indi bu məsələyə deyil, Qarabağa dinc həyatın qaytarılmasına diqqət yetirmək lazımdır". SİA-nın verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Başa düşürəm ki, indi bir çox insan Dağlıq Qarabağın statusunun həll olunmamış qaldığını söyləyir. Əslində bu mərhələdə status məsələsindən çox etimad tədbirlərinin gücləndirilməsinə, humanitar məsələlərin həllinə diqqət etmək, töhfələr vermək lazımdır ki, ermənilər və azərbaycanlılar yenidən təhlükəsizlik və iqtisadi rifah içində birlikdə yaşamağa başlasınlar. 3-5 ilə belə bir həyat qursaq, bütün status problemləri daha asan həll ediləcək", deyə Rusiyanın XİN başçısı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə