Ermənistanda seçkilər: "Təhdidlərdən başqa heç nə eşidilmir" - EKSPERT RƏYİ
“Ermənistanda siyasi qarşıdurma davam edir. Siyasi partiyalar hakimiyyətə gəlmək üçün bir-birlərini ittiham edir, günahlandırır və bu yolda bütün vasitələrdən itifadə edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Ekspertin sözlərinə görə, əlbəttə, seçkiqabağı kampaniya dövründən müəyyən sərt ifadələrin, şüarların olması təbii prosesdir: “Lakin Ermənistanda məsələ o yerə gəlib çatıb ki, bəzi hallarda siyasi qarşıdurma zəmnində təhdidlərdən başqa heç nə eşidilmir. Bu da cəmiyyətin, siyasi qüvvələrin səviyyəsindən xəbər verir”.
F.Sadıqov vurğulayıb ki, sözsüz, burada Rusiyanın öz marağı var və bunu bəzi siyasi qüvvələr yaxşı dərk edir: “Bəziləri tam əksinə qərbyönümlü siyasi prioritetlərdən çıxış edir. Digərləri isə çalışır ki, Rusiyaya yaxın və onların maraqlarına cavab verən ifadələr işlətsin. Reallıq isə ondan ibarətdir ki, vəziyyət olduqca gərgindir. Seçkilərdən sonra bu qarşıdırmanın daha da gərginləşəcəyi heç də istisna deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB