Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasda "Yol hərəkəti haqqında qanuna", İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosesual Məcəlləyə, Cinayət Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər müzakirə ediləcək.

Qeyd edək ki, nizamnaməyə uyğun olaraq bu gün Parlamentin yaz sessiyasının son iclası olmasına baxmayaraq deputatların müraciəti əsasında iyun ayında Milli Məclisin növbədənkənar iclaslarının keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə