Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inziabti binasında karantin qaydalar çərçivəsində YAP-a qoşulmuş Azərbaycan Yurddaş Partiyasının rayonumuzda yaşayan və fəaliyyət göstərən bir qrup üzvü ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan rayon təşkilatının sədri Vüqar Seyidov iştirakçıları salamlayaraq, xoş gəlmişsiniz deyib. O daha sonra dövlətimizin əldə etdiyi qələbənin miqyasından və bu qələbənin xalqımızın işıqlı gələcəyinə verəcəyi töhfələrdən geniş danışaraq bildirib ki, hər bir vətəndaş bu qələbənin və dövlət müstəqilliyimizin qorunması naminə bütün siyasi mənsubiyyətlərini bir kənara qoyaraq öz rəhbərinin ətrafında sıx birləşməlidir. SİA-nın verdiyi məlumata görə, Vüqar Seyidov Vətən Müharibəsi ərəfəsində Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan 50-dən artıq siyasi partiyanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini açıq ifadə etdiyini bildirərək deyib ki, əksər siyasi qüvvələrin imzaladığı birlik, bərabərlik haqqında bəyanat xalqımızı, dövlətimizi sevməyənlərə, daxili və xarici düşmənlərimizə verilmiş ən səlis cavab olub.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov xüsusi vurğulayıb ki, siyasi xətlərində, seçki platformalarında, nizamnamə və əsasnamələrində əsas müddəa kimi ərazi bütövlüyümüzün təmin olunması fikrini müdafiə edən bir çox siyasi qüvvələr dövlət başçısının şanlı qələbəsindən sonra onu alternativsiz siyasi lider kimi qəbul etdiklərini bildiriblər. Hətta, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan altısı öz qurultaylarını keçirərək Yeni Azərbaycan Partiyasına qoşulmaq haqqında qərar qəbul ediblər. Uzun illərdir Azərbaycan siyasi palitrasının müxtəlif çalarlarını təşkil edən Azərbaycan Xalq Demokratik, Azərbaycan Kəndli, Milli Qurtuluş , Azərbaycan Yurddaş, Azərbaycan Milli Hərəkat, Azərbaycan Demokratik Sahibkarlar Partiyalarının hakim Yeni Azərbaycan Partiyasına qoşulmaq haqqında qərarları 5 mart 2021-ci ildə YAP-ın keçirilən VII qurultayında müzakirə olunaraq səs çoxluğu ilə qəbul edilib.
Vüqar Seyidov keçmiş Azərbaycan Yurddaş Partiyasının mərhum sədri, eks-deputat Mais Səfərlinin 7 dekabr 2020-ci il tarixdə koronavirusdan rəhmətə getməsini bildirərək görüş iştirakçısı olan mərhumun bacısı Gülarə Səfərliyə, ailəsinə, yaxınlarına və əqidə yoldaşlarına dərin hüznlə başsağlığı verib. Vüqar Seyidov mərhum Mais Səfərlinin xəstəxanada müalicə aldığı dövrdə istər dövlət başçısı, YAP-ın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin, istərsə də Birinci vitse-prezident, YAP sədrinin birinci müavini çox hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini görüş iştirakçılarının diqqətinə çatdıraraq deyib ki, bu, ölkəmizdə olan demokratik cəmiyyətin inkişafına, çox fikirliliyin tərəqqisinə verilmiş ən bariz töhfədir.
Vüqar Seyidov YAP sıralarına daxil olmaq üçün öz ərizələri ilə müraciət edən hər bir keçmiş Azərbaycan Yurddaş Partiyasının Suraxanı rayonunda yaşayan və fəaliyyət göstərən üzvünə rayon təçkilatının qapılarının hər zaman açıq olduğunu bildirib. İrəli sürüləcək hər bir təklifin digər partiya üzvləri kimi ədalətlə dəyərləndiriləcəyini, cəmiyyətimiz üçün faydalı olan layihələrin həyata keçiriləcəyini Vüqar Seyidov YAP-a yeni qatılan üzvlərə bir daha xatırlatdı və onların partiya işində fəal olmağını xahiş edib.
Daha sonra çıxış edən keçmiş Azərbaycan Yurddaş Partiyasının sədri Gülayə Səfərova çıxış edərək bildirib ki, rəşadətli Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa edən zaman xalqımız bütün dünyaya bir yumruq ətrafında, monolit şəkildə birləşə bildiyini göstərib. Zaman keçdikcə biz əldə etdiyimiz qələbənin mənəvi və fiziki miqyasının nə qədər böyük olduğunu görmüş olacağıq. Gülayə Səfərova eyni zamanda da bildirib ki, YAP sıralarına qoşulma haqqında təklif partiyanın gəncləri tərəfindən irəli sürülmüş və qurultayda dəstəklənib. O demişdir ki, hər bir Yurddaşsevər üçün YAP sıralarında birləşmək və dövlətinə xidmət etmək qürurdur.
Sonda YAP Suraxanı rayon təşkilatına üzv olmaq üçün müraciət edən vətəndaşlarla xatirə şəkili çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB