Anders Foq Rasmussen: \"Qəddafi hakimiyyəti sürətlə sona yaxınlaşır\"

Anders Foq Rasmussen: \"Qəddafi hakimiyyəti sürətlə sona yaxınlaşır\"

\"Liviyada Qəddafinin rəhbərliyi sürətlə sona yaxınlaşır\". SİA-nın məlumatına görə, bu sözləri Liviyadakı nümayişlərin 100-cü günündə açıqlama verən NATO-nun baş katibi Anders Foq Rasmussen deyib.

O bildirib ki, NATO-nun geniştərkibli əməliyyatları artıq nəticələrini göstərir: \"Bu gün Liviyadakı əməliyyatların 100-cü günüdür. NATO-nun bölgədəki əməliyyatları artıq nəticələrini göstərir. Liviyada Qəddafi hakimiyyəti sona çatır. Qəddafi bunu qəbul etməsə də, cəhdlərinin faydasız olduğunu bilir.Geniştərkibli əməliyyatlarımız nəticəsində onun xalqını öldürmə cəhdlərinə son veririk. Zaman keçdikcə artıq Qəddafinin öz yaxınları belə onun hakimiyyəti təhvil verməsi fikrinə dəstək verirlər\".

Bütün xəbərlər Facebook səhifəmizdə