"Bizim dini abidələrimizə, məbədlərimizə, məscidlərimizə ermənilərin hörmətsizliyi dönə-dönə görülüb". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, belə faktlar demək olar ki, ermənilər tərəfindən tarixən baş verib: “Ermənilər belə addımları dönə-dönə atıblar. Təbii ki, qəbiristanlıqlarımıza qarşı onlar hörmətsizlik ediblər. Hətta Birinci Qarabağ müharibəsində ondan qabaqkı zaman və dövrlərdə Azərbaycana qarşı apardıqları soyqırımda onlar bizim insanlarımıza qarşı təhqirlər ediblər, qadınlarımıza, qocalarımıza, uşaqlarımıza qarşı alçaldıcı addımlar atıblar. Onlar nəinki qəbiristanlıq bizim üçün bütün müqəddəs nə varsa onlara qarşı terror ediblər".
Fuad Nurullayev həmçinin qeyd edib ki, ermənilər insanlıqdan kənar, insanlığa yaraşmayan əllərindən nə gəlibsə onları ediblər: "Bunlar tarixdə zaman-zaman sübut olunub. Əlimizdə sübutlar var. Bu gün də biz bu cür hadisələrin şahidi oluruq ki, onlar bizim qəbiristanlıqlarımızda nələr törədiblər, qəbir daşlarımızı necə dağıdıblar, qəbirləri necə oyub, dağıdıblar, yerlə-yeksan ediblər. Təbii ki, belə bir güruhdan nə gözləmək olar? Bunlar insanlıqdan uzaq varlıqlardır. Onlara insana demək çox çətin məsələdir".
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB