Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deputatların 2020-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman səsləndirdiyi təkliflərə münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, nazir bildirib ki, deputatlar tərəfindən səsləndirilən təkliflərə müvafiq nazirliklər və dövlət qurumları tərəfindən baxılır, uyğun bilidiyi təqdirdə maliyyə ayılması barədə qərar qəbul edilir və deputatlara cavab verilir: “Bu proses bu gün də davam edir”.
S.Şərifov qeyd edib ki, yeni təkliflər adətən bir çox hallarda əlavə vəsaitlərin ayrılması ilə bağlıdır: “Əlavə vəsaitlərin ayrılması dövlət büdcəsinin real imkanları əsasında baş verir. Bununla yanaşı büdcənin müdafiə olunan xərclərinin, yəni sosial müdafiə, milli müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı xərclər ön plana çəkilir. Növbəti illərdə də bu yanaşma tətbiq olunacaq. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri növbəti illərin dövlət büdclərinin də prioriet məsələsi olacaq. Məhz bu prizmadan bir neçə deputatın qaldırdığı məsələlərə münasibət bildirmək istərdim. Millət vəkillərinin sorğuları diqqət mərkəzindədir və müvafiq cavablar verilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB