“Əli və onun kimilər dövlət əlehinə addımlar atırlar” - SƏDR AÇIQLADI

“Əli və onun kimilər dövlət əlehinə addımlar atırlar” - SƏDR AÇIQLADI

"Məşhur bir deyim var: Nə ilə, Əliş? Adam bu qədər millətini, dövlətini ayaqlar altına atmaq düşüncəsi ilə yaşayırsa, deməli onun qanı xarabdır. Məncə, Əlinin də, Osmanqızının da qanlarından analiz götürüb, əkdirməyə və ən incəliyinə qədər genlərini müəyyənləşdirməyə ehtiyac var". Bunu "Azadlıq Hərəkatçıları" Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün bütün dünya Azərbaycan hakimiyyətinin qüdrətindən, xalqı idarə edə bilmə bacarığından, xalqın arzularının reallaşması yolunda uğurlu strategiyasından, ən başlıcası son üç yüz ildə xalqa, həsrət qaldığı tarixi zəfər bəxş etməsindən danışır: "Sevənlər sevinərək, sevməyənlər içindəki yanğını müxtəlif yollarla boşaldaraq bunları etiraf etməli olurlar. O zaman sual olunur, Əli, sən nə istəyirsən? Məğlub durumda inləyən dövlət? Vətəndaşları səfalət içində yaşayan ölkə? İqtisadiyyatı ilbəil geriləyən məmləkət? Məncə, bu sualların cavabı hər kəsə aydındır. Ölkə inkişaf etdikcə, ölkənin qüdrəti, beynəlxalq aləmdə nüfuzu artdıqca, siyasi mövqeyindən asılı olmayaraq hər bir vətəndaş bundan qürur hissi keçirməlidir. Əli və onun kimilər isə əksinə, bütün bunlardan narahatçılıq keçirirlər və həyasızcasına da antidövlət addımlar atırlar. Bu da birmənalı şəkildə onu deməyə əsas verir ki, Əli və əlikimilər dünyada Azərbaycan və türk dünyası əleyhinə olan qüvvələrin vassallarına çevriliblər. Əminəm ki, istənilən xaos yaratma cəhdi hakimiyyətdən də əvvəl xalqın özü tərəfindən dəf ediləcək. Əvvəllər olduğu kimi, yenə meydana gələn 5-10 nəfər pulla tutulmuş adamlar da onları yarı yolda qoyub qaçacaqlar. Çünki xalq kifayət qədər yetkin, ağı qaradan seçə bilən xalqdır. Bu qədər tarixi uğurlara imza atan indiki iqtidarı görməzdən gəlib, boş vədlərin ardınca düşən millət ötən əsrin 90-cı illərdə qalıb. Təəssüf ki, bunların təfəkkürləri də hələ həmin illərin eyforiyasının girdabındadır. Allah ağıl versin, İnşaallah. AMİN!".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə