Mahmud Kərimov: “Ermənistan “Metsamor\" AES-lə bağlı beynəlxalq tələblərə məhəl qoymur”
"Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti ilə bağlı məsələhətləşmələr aparılır". SİA-nın xəbərinə görə, bu sözləri jurnalsitlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, "Metsamor" AES-in seysmik zonada yerləşir və AES-in fəaliyyət müddəti başa çatıb: "Bu stansiya öz resurslarını bitirib və tamamilə köhnəlib. Bu tipli köhnəlmiş AES-ləri olan bütün ölkələr onların fəaliyyətini tam dayandırır. Ermənistan isə beynəlxalq tələblərə məhəl qoymur\".
Mahmud Kərimovun sözlərinə görə, Azərbaycanla yanaşı bir çox dövlətlər "Metsamor" AES-nın fəaliyyətinin tam dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara narahatlığını bildirib. O, qeyd edib ki, hazırda Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə müzakirələri ekspertlər səviyyəsindədir. Bütün bunlara baxmayaraq AES-in gələcək fəaliyyəti ilə bağlı yekun qərarın qəbul olunacağını əvvəlcədən demək mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB