Paşinyan məzuniyyətə çıxdı ONU KİM ƏVƏZ EDƏCƏK?

Paşinyan məzuniyyətə çıxdı ONU KİM ƏVƏZ EDƏCƏK?

Ermənistanın baş naziri Nikol Paşinyan məzuniyyətə çıxıb və onun məzuniyyət müddəti 7 iyun tarixindən 18 iyun tarixinə qədərdir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Paşinyan tərəfindən imzalanmış müvafiq qərar hökumətin qərarlarının veb saytında dərc edilib.

Qərara əsasən onu baş nazirin müavini Tiqran Avinyan əvəz edəcək.

Xatırladaq ki, seçkiöncəsi təşviqat Ermənistanda 7 iyun tarixində başlayıb və 18 iyun tarixində bitəcək. Fövqəladə parlament seçkiləri isə 20 iyun tarixində keçirilməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə