Ermənistanda təbii ki, 20 iyun tarixi yaxınlaşdıqca, oradakı namizədlər arasında amansız mübarizə güclənməkdədir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, təbii ki, baş tutacaq seçkilər və haklimiyyətə kimin gəlməsi Cənubi Qafqazdakı proseslərə təsirsiz ötüşməyəcəkdir və biz post-müharibə dövründə təəssüflər olsun, yenə də görmüş oluruq ki, Ermənistanda bir çox siyasi partiyalar, demək olar ki, əksər siyasətçilər özlərini qeyri-adekvat aparmaqdadırlar və onların çıxışlarında biz daha çox vəziyyətin gərginləşdirilməsinin şahidi oluruq.
“Ermənistanda bu gün sosioloji sorğular da göstərir ki, Paşinyan və Koçaryan arasında 20 iyun günü ciddi şəkildə mübarizə baş verəcəkdir. Yəqin ki, Paşinyan Koçaryana qarşı öz əsas şuarlarını və əlində olan məxfi məlumatları 18 iyun ərəfəsində vətəndaşlara açıqlayacaqdır. Çünki, indiki sosioloji sorğular onu göstərir ki, Koçaryan ciddi şəkildə sorğularda iştirak edənlərin səsini almaqdadır. Amma biz hər ikisinə belə baxdıqda görürük ki, üst-üstə Koçaryanın və Paşinyanın digər partiyalarla birlikdə, bu gün əgər seçkilər baş verərsə, toplayacaqları səs 50 faizə yaxındır. Bu isə onu göstərir ki, Ermənistan vətəndaşlarının 50 faizi hələ də seçkilərdə iştirak etmək istəmirlər, onlar siyasi proseslərə qarışmaq istəmirlər. Təbii ki, onlar 30 il ərzində aldadıldıqlarını görürlər. Onlar günlərin bir günü, 10 noyabr tarixində birdən-birə necə yanıldıqlarını görərək şok yaşadılar və indi erməni cəmiyyətindəki emosyanal gərginlik də depressiya da bunun göstəricisidir”, deyə Zaur Məmmədov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB