Türkiyədə fəaliyyət göstərən Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi (BİLGESAM) Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru ilə bağlı bəyanat yayıb. SİA-nın verdiyi məlumata görə, bəyanatda AzərTacın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayonunun Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyevin iyunun 4-də minaya düşərək həlak olmalarına görə, başsağlığı verilib və mülki insanların ölümünə səbəb olan mina terrorunun qarşısının alınması üçün dünya ictimaiyyətinə çağırış edilib.
Təşkilatın rəhbəri Elnur İsmayılın imzası ilə yayılan bəyanatda təəssüflə bildirilib ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq təslimçilik aktı imzalayan təcavüzkar Ermənistan hələ də bölgənin təhlükəsizliyinə təhdid yaratmaqdadır. “Ermənistan mülki insanların ölümünə səbəb olmaqla beynəlxalq hüquq normalarını pozur” ifadəsi ilə davam edən bəyanatla Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi çağırış edir ki, beynəlxalq ictimaiyyət minalanmış ərazilərin xəritələrinin verilməsi məsələsində Ermənistana təsir göstərməlidir.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB