“Təbliğatımızı gücləndirməli və erməniləri ifşa etməliyik” DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Hamımıza məlum olduğu kimi, işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus bütün qəbirlər, qəbristanlıqlar ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və bu qəbirlərdən azərbaycanlıların sümükləri çıxarılaraq açıq şəkildə saxlanılıb, yerlə yeksan olunubdur. Bu, bir daha ermənilərin hansı mənəviyyata sahib olduğunu göstərir və eyni zamanda ermənilərin Azərbaycan xalqına olan düşmənçiliyinin göstəricisidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat vurğulayıb ki, onlar bizim insanlarımızı qətlə yetirməklə kifayətlənmədilər, qəbirlərimizdən, ölülərimizdən belə qisas almağa çalışdılar ki, bu insanlıqdan kənar bir davranışdır.
“Dünyasını dəyişmiş bir insanın qəbrini qazaraq oradan onun sümüklərini çıxarmaq tamamilə mənəviyyatdan, insanlıqdan uzaq davranış və yanaşmadır ki, Azərbaycan xalqı bunu ermənilərdən növbəti dəfə gördü. Bu, əlbəttə ki, beynəlxalq hüquqa da ziddir. Beynəlxalq qurumlar, beynəlxalq təşkilatlar buna münasibət bildirməlidirlər. Azərbaycanda olan terrorçuların, erməni terrorçularının azad olunmasına çağırış edən təşkilatlar, qurumlar ermənilərin vəhşiliyinə də qiymət verməlidirlər, bu əməlləri pisləməlidirlər və bununla bağlı Avropa Şurası və digər qurumlar öz reaksiyalarını ortaya qoymalıdırlar, ermənilərin bu kimi əməllərini pisləməlidirlər. Çünki, bu kimi əməllər pislənilmədikcə, ona hüquqi qiymət vermədikcə növbəti illərdə də təkrarlana bilər.
Ümumilikdə götürdükdə, bu hərəkətlər hüquqa, hətta Ermənistanın özünün mənsub olduğunu iddia etdiyi xristianlıq dininə də ziddir. Bütün səmavi dinlərdə insanlara, eləcə də ölmüş, dünyasını dəyişmiş insanlara hörmətlə yanaşmaq vacib sayılır. Yəni, bütün dinlər öz ardıcıllarına bunu vacib buyurur ki, dünyasını dəyişmiş insanların qəbirlərinə hörmətlə yanaşılsın. Hətta, dinlərə görə, dünyasını dəyişmiş insanların qəbirlərinin üstünə çıxmaq olmaz, nəinki onu qazmaq, oradan sümüklərini çıxarmaq, ən xırda, kiçik belə hörmətsiz davranış dinimizdə qadağandır, ona icazə verilmir. Amma ermənilərin fəaliyyətində, yanaşmasında təəssüf ki, biz bunun əksini gördük, müşahidə etdik və bu gün də görürük və buna reaksiya verilməlidir.
Biz bu vəhşiliyi bütün dünyaya göstərməliyik, ermənilərin həqiqi mahiyyətini açmalıyıq. Onlar bu gün özlərini dünyada zülmə, soyqırıma məruz qalmış məzlum bir xalq kimi təqdim etməyə çalışırlar. Amma əslində isə onlar qatildirlər, cinayətkardırlar, vəhşidirlər və tarix boyu da özlərini həmişə belə aparıblar. Bu məsələni biz dünya ictimaiyyətinə çatdırmalıyıq, beynəlxalq aləmdə də təbliğatımızı gücləndirməliyik və erməniləri ifşa etməliyik. Biz bu istiqamətlə təbliğatımızı, səylərimizi davamlı olaraq həyata keçirməliyik və dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bax, Azərbaycan xalqı necə bir vəhşiliyə məruz qalıb.
Cənab Prezidentin qeyd etdiyi kimi, sanki bu yerlərdən, bu ərazilərdən vəhşi bir millət, vəhşi bir xalq keçib və bu vəhşiliyin bu gün real nəticələrini görürük. Biz, əlbəttə ki, qısa müddətdə bu əraziləri bərpa edəcəyik, bölgəni, bu əraziləri dünyanın ən abad, ən gözəl bölgələrindən, yerlərindən birinə çevirəcəyik. Bununla Azərbaycan bir daha dünyaya göstərəcək ki, Azərbaycan xalqı yaradan, quran xalqdır, erməni isə dağıdan, vəhşi bir xalqdır və bu gün işğaldan azad edilən ərazilərdə Ermənistanın atdığı addımlarda bu özünü açıq şəkildə göstərir”, deyə Ceyhun Məmmədov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB