Ermənilər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər QURUM RƏSMİSİ AÇIQLADI

Ermənilər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər QURUM RƏSMİSİ AÇIQLADI

Bildiyimiz kimi, müharibənin öz qaydaları var və bu həm beynəlxalq hüquqla tənzimlənir, həm də bəşəriyyətin ortaq dəyərləri də burada mühüm rol oynayır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

Qurumun icraçı direktorunun sözlərinə görə, ermənilər təbii ki, həm birinci Qarabağ müharibəsində, həm Vətən müharibəsində, eyni zamanda yaxın günlərdə, müharibədən sonra şahid olduğumuz hadisələrdə də görürük ki, həm beynəlxalq hüququn normalarına, həm də ümumbəşəri dəyərlərə zidd hərəkətlərə yol veriblər və yol verirlər.

“Müşahidə etdiklərimiz sadəcə iyirminci əsrlərin sonlarında onların bizə qarşı törətdikləri deyil. Bildiyimiz kimi ermənilər əvvəllər də dəfələrlə Azərbaycan xalqına qarşı bu cür mənfur siyasət yürüdüblər. Təbii ki, Ağdamda olan hadisəyə gəldikdə, bilirik ki, biz müharibədən sonra, torpaqlarımızı işğaldan azad etdikdən sonra oraya səfərlər başladıqda gördük ki, ermənilər heç bir dəyər tanımırlar. Onlar mədəni abidələri, dini abidələri, bəşəriyyətin ortaq dəyərləri sayılan bütün dəyərləri vandalcasına yox ediblər, dağıdıblar. O baxımdan ağdamdakı hadisə də, hansıki iki bacının məzarının altından, qəbirlərin ortasından səngər qazmaları, ölülərin sümüklərini çıxarmaları bir daha onların vandallığının ən bariz nümunəsidir.

Ümumiyyətlə, mən deyərdim ki, bu cür məsələlərdə erməni kilsəsinin də xüsusi rolu var. Ermənilər iddia edirlər ki, onlar xristianlıqda özünəməxsus yer tuturlar və onların kilsəsi də xristianlıqda özünəməxsus yer tutan bir kilsədir və ən qədim kilsələrdəndir. Bir növ onlar özlərini xristianların üst təbəqəsi sayırlar. Amma bildiyimiz kimi, xristianlıq çox mütərəqqi bir dindir, xristianlığın bir çox qolları var və incil dünyanı, bəşəriyyəti sülhə səsləyən bir kitabdır. Lakin ermənilər çox təəssüf ki, xristianlıq kimi mütərəqqi bir dindən öz bəd niyyətləri üçün istifadə ediblər. Bunu biz əvvəl də görmüşük. 31 mart, azərbaycanlılara qarşı soyqırım hadisələrində bunun şahidi olmuşuq. Ermənilər Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan xalqına qarşı soyqırım apararkən məhz kilsələrdən istifadə etmişlər. Onlar kilsənin anbarlarında silahlarını gizlətmişlər. Bizim Azərbaycan türkləri isə heç vaxt bunu gözləmirdilər ki, dindən, dəyərdən sırf belə bir mənfur siyasət üçün istifadə olunacaq. Daha sonrakı illərdə də, birinci Qarabağ müharibəsində də, ikinci vətən müharibəsində də məhz həmin siyasəti onların apardığını biz görürük.

Təbii ki, dövlətimiz bu sahədə böyük işlər aparır, beynəlxalq hüquq normalarının tətbiq olunması üçün əlindən gələn hər şeyi edir və biz inanırıq ki, ermənilər beynəlxalq hüquq qarşısında mütləq cavab verəcəklər. Amma digər tərəfdən düşünürəm ki, biz də hər birimiz çalışmalıyıq ki, həm ziyalılarımız, həm dünyaya çıxışı olan gənclərimiz, təşkilatlarımız, qurumlarımız, hər biri çalışmalıdır ki, bu məsələləri, ermənilərin bu vandallığını mümkün mərtəbə beynəlxalq arenaya daşısın. Məsələn, burada xüsusilə ermənilərin dini alət etməsi məsələsini, ermənilərin mədəniyyəti, mənəviyyatı alət etməsi məsələsini və digər məsələləri biz mütləq dünyaya çatdırmalıyıq. Bunu sosial şəbəkələr vasitəsilə, elmi məqalələr vasitəsi ilə, mədəniyyət, mənəviyyat mövzularındakı çalışma, fəaliyyətlərimiz vasitəsi ilə, yəni nə mümkündürsə, hər bir vasitədən istifadə edib təbii ki, bunları bütün dünya ictimaiyyətinə çatdırmalıyıq”, deyə Mehman İsmayılov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə