Beynəlxalq Böhran Qrupu: “Minsk qrupunun formatını dəyişməyin vaxtı deyil” - MÜNASİBƏT

Beynəlxalq Böhran Qrupu: “Minsk qrupunun formatını dəyişməyin vaxtı deyil” - MÜNASİBƏT

Baza prinsiplərinin razılaşdırılmasının yaxın zamanlarda həyat keçiriləcəyi bir vaxtda fransalı həmsədri Aİ-nin nümayəndəsi ilə əvəzləməklə Minsk qrupunun formatını dəyişməyin vaxtı deyil. SİA-nın xəbərinə görə, bunu Beynəlxalq Böhran Qrupunun analitiki Sabina Freyzer açıqlamasında deyib: "İndi Minsk qrupunun formatını dəyişməyin vaxtı deyil, çünki həmsədrlər inanırlar ki, baza prinsiplərinin razılaşdırılmasına az qalıb. Yaxın aylarda baza prinsipləri üzrə razılıq əldə olunmasa, beynəlxalq ictimaiyyət danışıqların formatı və seçilən strategiyanın səmərəliliyi barədə ciddi şəkildə fikirləşməli olacaq. Bu konteksdə Aİ-nin özünü göstərmək üçün imkanları olacaq.

O, hesab edir ki, Avropa İttifaqı çərçivəsində ATƏT-in Minsk qrupunda fransalı həmsədrin Aİ-nin nümayəndəsi ilə əvəz edilməsi həqiqətən də müzakirə edilib. Lakin bunun üçün Azərbaycan və Ermənistanın, habelə digər həmsədrlərin razılığı lazımdır: "Hazırkı mərhələdə ATƏT-in Minsk qrupunda həmsədrliyin müəyyən edilmiş formatına hər hansı dəyişiklik edilməsi ehtimalı azdır. Aİ hələ ki nizamlama prosesində, xüsusilə baza prinsiplərinin razılaşdırılacağı təqdirdə hansı şəkildə kömək edəcəyi ilə bağlı strategiya təklif etməyib. Avropa İttifaqı fikirləşməli və özünün konkret planını təqdim etməlidir\", - Freyzer bildirib.

Freyzer yaxın aylarda tərəflərin baza prinsipləri üzərində sənədi razılaşdıra bilməyəcəklərini və Minsk qrupunun formatının dəyişdirilməsi məsələsinin yenidən qaldırılacağını istisna etməyib. O, iyun görüşünədək Minsk qrupunun olduğu kimi qalacağından əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə