İran Ermənistanı ağ günə çıxarmaqda israrlıdır

İran Ermənistanı ağ günə çıxarmaqda israrlıdır

İran və Ermənistan elektrik enerjisi mübadiləsinin həcmini 300 mvt-dan 500-800 mvt-a qədər qaldırmaq qərarına gəliblər. SİA-nın "FarsNews" agentliyinə istinadən verdiyi xəbərə görə, İranın enerji naziri Məcid Namcu İrəvana səfəri zamanı mətbuat konfransında bəyan edib. İranın enerji nazirinin sözlərinə görə, elektrik ötürücüsünün üçüncü xəttinin tikintisi yaxın 2 həftədə başlayacaq. Layihənin həyata keçirilməsi üçün 110 milyon dollar həcmində maliyyə vəsaiti lazımdır.

Öz növbəsində Ermənistanın enerji naziri Armen Movsisyan bildirib ki, onun ölkəsi İranla enerji və qaz sahəsində uzun illərdir uğurla əməkdaşlıq edir və bu illər ərzində bir çox layihələr gerçəkləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə