Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 6-7 iyun tarixlərində Fransada səfərdə olacaq. SİA Türkiyə XİN-ə istinadən xəbər verir ki, Çavuşoğlu həmkarı Jan-İv Lö Drianın dəvəti ilə Fransaya səfər edəcək.
Tərəflər Türkiyə ilə Fransa, Türkiyə və Aİ arasındakı münasibətləri müzakirə edəcəklər. Bundan əlavə, regional və beynəlxalq gündəmin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB