Moldova KİV-ləri azərbaycanlı jurnalistlərin mina partlaması nəticəsində həlak olmalarını işıqlandırıb
Kəlbəcər rayonunda Azərbaycan jurnalistlərinin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olmaları və yaralanmaları ilə bağlı məlumatlar Moldovanın aparıcı xəbər portallarının diqqət mərkəzindədir.
SİA xəbər verir ki, Moldovanın “noi.md”, “ava.md”, “dostlug.md” və digər xəbər portallarında dərc edilən məqalələrdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinin hərbçilərlə yanaşı, dinc insanların, o cümlədən öz xidməti vəzifələrini icra edən media mənsublarının da həyatını təhlükə altına atdığı qeyd olunur. Bildirilir ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edir. Ermənistan isə bundan israrla imtina edir.
Məqalələrdə, eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında səslənən fikirlər də yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB