Paşinyan Abovyandakı meyitxanada olub

Paşinyan Abovyandakı meyitxanada olub

Nikol Paşinyan bir neçə gün əvvəl qalmaqalın mərkəzinə çevrilən Abovyandakı morqa gedib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan informasiyalara istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti news.am saytına məlumat verib.

Məlumatda qeyd oluur ki, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Kotayk bölgəsinin Abovyan şəhərindəki Elmi və Praktik Məhkəmə-Tibbi Mərkəzinə baş çəkib. Bildirilir ki, səhiyyə naziri Anait Avanesyan Ermənistanın Abovyan və digər şəhərlərindəki məhkəmə tibbi ekspertiza mərkəzləri ilə bağlı işləri baş nazirə təqdim edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Abovyan meyitxanasında hərbçilərin cəsədlərinin saxlanıldığına dair yayımlanan fotolar, video görüntülər, kadrlarla əlaqədar Ermənistan ictimaiyyəti narahatlıq keçirir, bu hal işğalçı ölkədə rezonans doğurub. Bununla əlaqədar olaraq ermənilər, ələlxüsus itgin düşən hərbçilərin, əsgərlərin valideynləri etiraz aksiyaları keçirir, hökumətdən bununla bağlı izahat tələb edirlər. Ölmüş erməni əsgərlərinin, hərbçilərinin cəsədlərinin qalıqlarının polietilen torbalara yığılaraq meyitxanaların döşəməsinə atılmasını, 7 ay müddətində bunun Ermənistan ictimaiyyətindən, ölənlərin valideynlərindən gizlədilməsini haqlı olaraq erməni cəmiyyəti təhqir, hörmətsizlik hesab edir. Görünür, narazılıqlara görə Nikol Paşinyan indi də meyitxanaları gəzir və heç şübhəsiz ki, seçki qabağı onun bu addımı da daxili auditoriyaya hesablanıb, narazılıqların aradan qaldırılması məqsədi ilədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə