29 may: Hava haqqında

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin Hidrometroloji Proqnozlar bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.


Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti təşkil edəcək.Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti olacaq.

Atmosfer təzyiqi 762 milli metr civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 84-94, gündüz 60-65 faiz olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə