YAP Tərtər rayon təşkilatı “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsini davam etdirir FOTOLAR
YAP Tərtər rayon təşkilatı “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi çərçivəsində şəhid Ayşad Əzizov Qaryağdı oğlu və Tərtər şəhər sakini, qazi Misir Axundov Hilal oğlunun ailəsini ziyarət ediblər. Görüşlər zamanı bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtər rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.
Qeyd edək ki, şəhid Ayşad Əzizov Qaryağdı oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə, qazi Misir Axundov Hilal oğlu “Füzulinin azad olunması uğrunda” “Cəbrayılın azad olunması uğrunda”, “Vətən uğrunda” medalları ilə təltif olunublar.
YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov qeyd edib ki, bu 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir Şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və Şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.
Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirblər. Eyni zamanda, şəhid ailələrinin gündəlik qayğıları dinlənildi, onlara ərzaq sovqatı və maddi yardım göstərilib. Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB