“Ermənistan cəmiyyəti şokdan ayıla bilmir” POLİTOLOQ GİZLİNLƏRİ AÇDI

“Ermənistan cəmiyyəti şokdan ayıla bilmir” POLİTOLOQ GİZLİNLƏRİ AÇDI

Polietilen torbalarda əsgərlərin cəsədlərinin saxlanılıb, gizlədilib indi açılmasının, ortaya çıxmasının arxasında Nikol Paşinyana qurulmuş bir oyun durur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloqun sözlərinə görə, erməni əsgərlərin cəsədlərinin poletilen torbalara yığılıb saxlanılması məsələsini yaymaq istəsəydilər bir neçə ay bundan qabaq da bunu edə, bunun üstünü aça bilərdilər, amma açmadılar, çünki, seçkiqabağı bunu eləməklə əslində ona qarşı bir kampaniya siyasətini yürütməyə başladılar.

“Hesab edirəm ki, bu, yəni cəsədlərin saxlanması, gizlədilməsi faktının ortaya atılması Paşinyana çox da ciddi zərbə vurub onun seçkidə məğlubiyyətinin təmin edilməsi demək deyil hələ. Çünki, Ermənistan cəmiyyətində artıq hər kəs anlayır ki, Qarabağ məsələsində olan işlər tək Paşinyanın məsuliyyətində olan hadisələr deyil. Bu, illərlə yığılmış bir hadisədir. Hətta mən belə deyərdim ki, son vaxtlar Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın da verdiyi müsahibələrdən belə aydın olur ki, bu hadisələr, Ermənistandakı məğlubiyyətin səbəbi məhz zaman məsələsidir və uzun müddətdir davam edir.

Təbii ki, burada Qarabağ klanı ilə Ermənistan klanı arasında gedən mübarizənin də təsiri çox böyükdür. Nəzərə alsaq ki, Paşinyan hakimiyyətdə cəmi iki il olubdur və ondan əvvəlki dövrdə, hakimiyyətdə olan Qarabağ klanının əməllərinin, həmin dövrdə olan proseslərin nəticəsi olaraq Ermənistan gəlib məğlub oldu və Paşinyan özü də bunu açıq deyir. Hesab edirəm, Ermənistan cəmiyyəti artıq bir növ gizli qalmamış məqamları da görür, artıq hər şey açılıb ortaya qoyulur, Paşinyan da artıq açıq şəkildə danışır ki, vəziyyət budur və bundan ibarətdir.

Ermənistan cəmiyyəti artıq başa düşür ki, müharibənin qaninları var və əgər müharibə varsa orada ölüm, itgin, yaralı olmalıdır. Amma bununla belə bir az da içlərində Paşinyana qarşı bir kin də, əsəb də var. Lakin ümumilikdə götürəndə, Ermənistan cəmiyyəti bu dəqiqə çalışır ki, kimin düz, kimin səhv, kimin haqlı, kimin haqsız olduğunu müəyyən etsin və bunun üzərində fokuslanıb. Seçkidə də təbii ki, artıq müxtəlif vasitələrlə həm Qarabağ klanı, həm Rusiya yönümlü qüvvələr çalışacaqlar ki, müxtəlif vəziyyətlərdən istifadə edib Paşinyanın seçkidə məğlubiyyətini təmin etsinlər. Amma hesab etmirəm ki, bu, Paşinyanın devrilməsi üçün yetərlidir.

Bizim üçün Nikol Paşinyanın hakimiyyətdə qalması daha məqsədəuyğundur. Çünki, əgər hakimiyyətə Robert Koçaryan və onunla bir koalisiyada olan “Daşnaqsütyun” gələcərsə, Azərbaycanla hərhansı bir yekun sülh müqaviləsinin olma ehtimalı aşağıdır. Odur ki, hesab edirəm, Paşinyanın hakimiyyətdə qalması yekun sülh müqaviləsinə getmək və Azərbaycanla Ermənistan arasında qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımaq prinsiplərinə əməl edilməsinə şərait yaradar.

Cəsədlərin gizlədilməsi məsələsi barədə Paşinyan kökuməti çalışır ki, bir açıqlama verməsin. Çünki, Paşinyan özü də anlayıb ki, onun hökumətində kifayət qədər Rusiya yönümlü qüvvələr fəaliyyət göstərir və o vəziyyəti daha da ağırlaşdırmamağa çalışır. Paşinyan çalışır ki, seçkiyə qədər Rusiya yönümlü qüvvələrlə mülayim davransın. Ondan sonrakı mərhələdə artıq yeni bir dönəmin başlanğıcı olacaqdır. Hesab edirəm ki, erməni cəmiyyəti artıq başa düşür ki, əgər itgin düşən əsgərlərlə bağlı hansısa bir məlumat yoxdursa, artıq onlar demək ki, ölüblər. Bununla belə Ermənistan cəmiyyəti şokdan ayıla bilmir. Özləri də ağır vəziyyətdə olduqlarını anlayırlar. Düşünürəm ki, seçkinin nəticəsini gözləsək, Ermənistanda baş verəcək proseslərin hansı istiqamətdə gedəcəyini daha yaxşı müəyyən edə bilərik. Amma indiki vəziyyətdə təbii ki, mövcud Paşinyan hakimiyyətindən hərhansı bir açıqlamanın gələcəyi gözlənilən deyil. Paşinyan da yaxşı başa düşür ki, nə baş verdiyi barədə cəmiyyətə deyiləcək hələ ciddi bir söz yoxdur”, deyə politoloq Samir Hümbətov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə