Liviyadan Medvedevə sərt cavab gəldi!

Liviyadan Medvedevə sərt cavab gəldi!

Liviya Dimitri Medvedevin G8 zirvəsindən sonra təşkil olunan mətbuat konfransındakı açıqlamasına etiraz edib. SİA-nın məlumatına görə, Medvedevin Qəddafinin hakimiyyətdən getməsi haqda fikirlərinə etiraz edən rəsmi Liviya qərarların özləri üçün maraqlı olmadığını bildirib.

Məsələ ilə bağlı açıqlama verən Liviyanın xarici işlər nazirinin müavini Xalid Kaim Medvedevin təklifini və qərarını qəti surətdə qəbul etmədiklərini dilə gətirib: \"G8 iqtisadi əhəmiyyət daşıyan zirvədir və orada Liviya haqqında verilən hansısa qərar bizi maraqlandırmır. Liviyadakı böhranı həll etmək üçün isə Afrika Birliyi çərçivəsindən kənar bütün cəhdlərə rədd cavabı verəcəyik. Rusiya prezidentinin açıqlamasını mətbuat vasitəsilə öyrəndik, bu mövzuda rəsmi şəkildə məlumatlandırılmamışıq. Hazırda açıqlamanın nə dərəcədə doğru olduğunu öyrənmək üçün rəsmi Moskva ilə əlaqə yaradırıq. Lakin bütün ehtimalları nəzərə alaraq diqqətinizə çatdırım ki, Liviya Afrika ölkəsidir və istənilən qərarı da Afrika Birliyi verir, digər qərarlar isə bizi maraqlandırmır\".

Bütün xəbərlər Facebook səhifəmizdə