Ölən erməni əsgərlərinin qalıqları daha harada saxlanılır? MORQUN PATOLOQU DANIŞIB
Ölən erməni əsgərlərinin qalıqları Abovyanla yanaşı Ermənistanın Qeqarkunik bölgəsinin Martuni şəhər meyitxanasında da saxlanılır. SİA Ermənistana məxsus armenianrepot.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Martuni morqunun patoloqu Artaş Xaçatryan, bu barədə news.am saytına verdiyi müsahibədə bildirib.
"Müayinələr aparılır, cəsədlər soyuducuda saxlanılır", deyə morqunun patoloqu Artaş Xaçatryan məlumat verib.
Xaçatryan cəsədlərin sayını açıqlamaqdan imtina edib.
“Cəsədlər müharibə vaxtından günümüzə qədər müxtəlif vaxtlarda gətirilib. Məsələn, bu gün artıq üç cəsəd müəyyən edilib. Bu rəqəm hər gün artır. Çox sayda cəsəd var. Son qalıqlar Abovyanın meyitxanasından gətirilib”, deyə patoloq bildirib.
Xatırladaq ki, bir neçə gündür internetdə Məhkəmə Tibbi Elmi və Praktik Mərkəzin Abovyan filialında erməni əsgərlərinin qalıqlarının döşəmə üzərində torbalarda necə atıldığını əks etdirən foto və videogörüntülər var. Bu fotoların həqiqiliyini Ermənistan Səhiyyə Naziri vəzifəsini icra edən Anahit Avanesyan da təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB