Ermənistanda narkotik bitki becərilməsinə icazə verilib - QANUNVERİCİLİKLƏ
Ermənistanda narkotik bitki olan çətənə əkilib-becərilməsinə qanunvericilik səviyyəsində icazə verilir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan parlamenti 3 iyunda keçirilən fövqəladə iclasında ikinci və son oxunuşda "Narkotik və psixotrop maddələr haqqında" qanuna dəyişiklik edib.
Qanunvericilikdə olan dəyişikliklərə uyğun olaraq, narkotik çətənə becərilməsinə icazə veriləcəkdir.
Qeyd olunur ki, bu prosesdə iştirak edəcək şirkətlər və şəxslər lisenziyalı olmalı və kvota tələblərinə əməl etməlidirlər.
Lisenziyalaşdırmanın xüsusiyyətləri bir şəxsin lisenziya almaq üçün yerinə yetirməli olduğu məcburi meyarların dəqiq sistemləşdirilməsi ilə təmin edilir. Yalnız əvvəllər məhkum olunmuş və ya əfv edilmiş şəxslərin bu fəaliyyət növü ilə məşğul olmaları qadağandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB