"Abovyandakı cəsədlər sadəcə rüsvayçılıqdır" KOÇARYAN XƏCALƏT ÇƏKDİ

"Abovyandakı cəsədlər sadəcə rüsvayçılıqdır" KOÇARYAN XƏCALƏT ÇƏKDİ

Abovyanda gördüklərimiz cəsədlər sadəcə bir rüsvayçılıq, bir xəcalətdir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Ermənistan” blokuna rəhbərlik edən Ermənistanın ikinci prezidenti Robert Koçaryan İrəvanın iki rayonunun sakinləri və qərargahının nümayəndələri ilə görüşündə söyləyib.

“Bilirsinizmi ki, hələ də II Dünya Müharibəsinin izlərini araşdıran və qalıqları müəyyənləşdirən, DNT-ni identifikasiya edən, yaxınlarını, vətəndaşlarını tapan və sonra hərbi şərəflə dəfn edən dövlətlər var? Dövlət öz əsgərinə hörmət bəsləyir. Amma burada, Ermənistanda nə edirlər?

Əsgərlərin qalıqları hara gəldi atılıb və utanmadan soyuducu düzəldəcəklərini söyləyirlər. Yeddi aydır soyuducu düzəldirlər? Bunun öhdəsindən gələ bilmirlərsə, ölkənin qayğısına qala bilərlərmi? Bu çəkilişlərə baxanda öz dövlətimə görə, Ermənistana görə böyük bir utanc hissi, xəcalət hissi yaşadım, xəcalət çəkdim”, deyə Robert Koçaryan bildirib.

Xatırladaq ki, son günlər mediada, xüsusən Ermənistan mətbuatında, eləcə də sosial şəbəkələrin erməni seqmentində ölmüş erməni hərbçilərinin, erməni əsilli əsgərlərin cəsədlərinin qalıqlarının polietilen torbalarda meyitxalanalara atıldığını əks etdirən foto və video görüntülər yayılıb. Bu da erməni cəmiyyətində rezonans doğurub. Hətta buna görə etiraz aksiyaları da keçirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə