“Ölkədə daha vacib problemlər var” ERMƏNİ DEPUTATDAN HƏYƏCAN TƏBİLİ
Ölkədə, məsələn, hökumətin, bilinməyən bir səbəbə görə dərhal parlamentin müzakirəsinə təqdim etmək qərarına gəldiyi "Avtomobil nəqliyyatı haqqında" qanundan daha əhəmiyyətli problemləri var. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri müxalifətçi millət vəkili Naira Zoqrabyan 3 iyun tarixində Milli Məclisin növbədənkənar iclasında söyləyib.
O, xüsusilə vacib müzakirələrə ehtiyac olduğunu deyib.
“Virtual reallıqdan çıxmağın və obyektiv gerçəkliyə qayıtmağımızın vaxtı gəlib. Ölmüş erməni əsgərlərinin döşəməyə kartof çuvalları kimi səpələnib torbalara bükülmüş qalıqlarının bir morqdan digər morqa daşınmasının necə baş verdiyini müzakirə etməliyik", deyə millət vəkili bildirib.
Müxalifətçi özünün də Abovyan meyitxanasında olduğunu və bu dəhşətli mənzərəni gördüyünü deyib.
“Fakt budur ki, bu meyitxanada cəsəd və qalıqların saxlanılması üçün 10 yer var”, deyə millət vəkili əlavə edib.
Xatırladaq ki, son günlər mediada, xüsusən Ermənistan mətbuatında, eləcə də sosial şəbəkələrin erməni seqmentində ölmüş erməni hərbçilərinin, erməni əsilli əsgərlərin cəsədlərinin qalıqlarının polietilen torbalarda meyitxalanalara atıldığını əks etdirən foto və video görüntülər yayılıb. Bu da erməni cəmiyyətində rezonans doğurub. Hətta buna görə etiraz aksiyaları da keçirilir. Ermənistan vətəndaşları, eləcə də siyasətçiləri, ekspertləri bu məsələdən işğalçı ölkə rəhbərliyinin xəbərsiz olmadığı, cəsədlərin bilərəkdən gizlədildiyi qənaətindədirlər. Məhz buna görə də Ermənistan Parlamentində də bu məsələnin səsləndirilməsi gözlənilən idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB