"Zəfərə kölgə salmağa heç kəsin gücü çata bilməz" - AMİP RƏSMİSİ AÇIQLADI

"Zəfərə kölgə salmağa heç kəsin gücü çata bilməz" - AMİP RƏSMİSİ AÇIQLADI

“44 günlük Vətən müharibəsinin parlaq nəticələrinə heç kəs kölgə sala bilməz. Bəzi qərəzli ermənipərəst dairələr, o cümlədən Faransa kimi dövlətlər Azərbaycanın hərbi, siyasi, diplomatik qələbəsinə qısqanclıqla yanaşırlar. Ancaq məkrli məqsədlərinə nail ola bilməyəcəklər”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.

Onun sözlərinə görə, bu zəfər elə bir zəfərdir ki, ona kölgə salmağa heç kəsin gücü çata bilməz: “Çünki bu zəfər Azərbaycan xalqının iradəsi ilə qazanılıb. Eyni zamanda, haqq, ədalət bərpa olunub. O ki qaldı hansısa qrupların, siyasi partiyaların hər vəchlə cəbhədəki uğurlarımıza kölgə salmağa hesablanan fikirlər səsləndirməsi, bunlar sadəcə olaraq külək aparan fikirlərdir. Bir sözlə, bu cür şeyləri çox da ciddiyə almaq lazım deyil. Onsuzda hər kəs reallığı dərk edir. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan xalqı yeni tarix yazdı və bu tarixi heç kəs silə bilməz”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə