“Bu toplum başına ip salınıb ortada oynadılır” DEPUTATDAN MARAQLI ŞƏRH

“Bu toplum başına ip salınıb ortada oynadılır” DEPUTATDAN MARAQLI ŞƏRH

“Erməni toplumu 100 il, 200 il bundan əvvəl də müxtəlif yollarla, ianələr hesabına kənardan gələn güclər, maliyyələr silah-sursat hesabına yaşayıblar və dolanıblar və bu gün də o xasiyyətlərini tərgitməyiblər. Yəni, bunlar tarix boyu böyük güclərin əlində həmişə maşa, alət olublar. Bunların tarixi budur və deyilənlər tarixi faktlardır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Millət vəkili xatırladıb ki, 20-ci əsrin əvvəllərinə nəzər salsaq görərik ki, həmin dövrdə də bunlar beləcə xam xəyallara, dırnaqarası “Böyük Ermənistan” xülyasına düşmüşdülər.

“Məsələn, Fransa kimi, Rusiya kimi dövlətlər bunların bu xam xəyallarından öz məqsədləri üçün məharətlə istifadə etdilər. Onlar bu toplumdan istifadə edib, bunları gücləndirib Türkiyə daxilində üsyanlar qaldırmaq, çaxnaşma başlatmaq, bunların əli ilə Türkiyəni işğal edib darmadağın etmək istədilər və Türkiyə ərazisində bunlara da dövlət yaradılacağı vədi verildi. Sonu nə oldu məlumdur. Bu gün də həmin vəziyyətdir. Yəni, bu məsələ 1980-ci illərdə də, 1988-ci illərdə də başladı və yenə həmin böyük güclər bunları gücləndirdi, bunları təlimatlandırdı, bunlara ümidlər verdi və saldı meydana. Doğrudur, bu dəfə bir az uzun müddət, 30 ilə yaxın çəkdi bunların bu dırnaqarası uğuru. Bunlar da elə bildilər ki, Azərbaycanın iradəsini qıra biləcəklər, bu torpaqlar da əbədi onlara qalacaqdır. Ancaq 44 günlük müharibə bunun nöqtəsini qoydu, torpağın sahibləri torpağına sahib çıxdı.

Bu gün bunlar nə istəyirlər? Bu gün bunlar dəqiq bilirlər ki, Azərbaycanın nəhəng gücü qarşısında tam məğlubdurlar, acizdirlər və bir daha bu gücə qarşı çıxa bilməzlər, çıxmaq da bunlar üçün intihara bərabər bir hadisə olar. Nə istəyirlər bunlar və niyə çabalayırlar belə? Bunlar yenə Fransa kimi, şimal kimi, cənib kimi qonşularımızdan, başqalarından yenə də iyanələr hesabına, torbalarını götürüb, gedib dilənmək hesabına dirçəlmək, yaşamaq istəyirlər. Bunlara elə gəlir ki, o kənar qüvvələr Azərbaycana nə isə təsir edib bunlara da nə isə verə bilərlər. Ancaq bu məsələlər qurtarıb və bu məsələlərin nöqtəsini bizim 44 günlük Vətən müharibəsindəki qələbəmiz qoydu və cənab Prezidentimiz dedi ki, Qarabağ münaqişəsi deyilən bir şey tarixdə qaldı, qurtardı və o status dedikləri cəhənnəmə getdi, gora getdi. Cənab Prezidentimiz bunlara başa salır, bunlara izah edir, bütün beynəlxalq tədbirlərdə cənab Prezidentimiz bu sözü deyir ki, Ermənistanın gələcəkdə normal yaşamaq yolu qonşularla əməkdaşlıqdan, tərəfdaşlıqdan, bölgədə dayanıqlı sülhdən keçir. Ancaq bu nadanlar bunu başa düşmək istəmirlər. Başa düşə bilərlər, amma yenə də özlərinin içində olan müəyyən qüvvələr, kənardan bunlara fitva verən qüvvələr buna mane olur.

Bu gün sərhəd bölgələrində törədilən təxribatlar, Azərbaycana qarşı müəyyən bəyanatlar, bunlar faktiki olaraq nəyə hesablanıb? Faktiki olaraq bunlar 17-18 gündən sonra Ermənistanda baş tutacaq, yaxud tutmayacaq Parlament seçkilərinə hesablanıb. Bu gün Ermənistanda çox gərgin, vətəndaş müharibəsi səviyyəsinə çatdırılmış bir durum var. Yəni, bu ölkədə Koçaryan dəstəsi və ona qarşı olan Paşinyan dəstəsi var ki, onların hər ikisinə vədlər verilir. Şimaldan birinə, Qərbdən də birinə vədlər verilir. Hər ikisi düşüb qapılara, elçiliyə, tərəfdaş toplamağa. Bu cəbhə bölgələrində baş verən hadisələri də iki versiya ilə yozmaq olar. Birincisi, Paşinyan, deyək ki, bu məsələlərə rəvac verir və sərsəm bəyanatlar verməkdə davam edir, hansı ki, Fransada da gedib axmaqladı. Fransa prezidenti Makron da elə bundan artıq axmaqdır. Onlar bir yerdə ağızlarına gələni danışırlar. Yəni, bu kütləyə oynamaq, tərəfdarlarının sayını çoxaltmaqdır ki, guya təslim olmayıblar, olmayacaqlar və guya sözlərini hələ deyəcəklər. Ancaq söz bitib, qurtarıb.

İkinci məsələ nədən ibarətdir? Ordu Paşinyan tərəfindən bu gün idarə oluna bilmir. Paşinyan orduya nəzarət edə bilmir. Koçaryan, Sarkisyan və onların tərəfdarları, köhnə cinayətkarlar, köhnə qurdlar, Qarabağ klanı bundan istifadə edib, orduya müəyyən yollarla təsir göstərib təxribatlar törədirlər ki, daha böyük fəlakətlər olsun, Paşinyan daha da laxlasın. Yəni, Ermənistandakı bugünkü durum, bu təxribatlar əsasən 70-80 faiz seçkilərə hesablanıb. Bu, hamam suyu ilə dost tutmaq kimi bir şeydir.

Bu toplumun içərisində də sağlam düşüncəyə malik müəyyən siyasətçilər, müəyyən adamlar olmamış deyil, var və onlar xalqı səfərbər etməlidirlər ki, bu cinayətkar dəstədən qurtarsınlar. Cənab Prezidentimiz Ağdama səfərində belə bir ifadə işlətdi ki, bu millət, bu xalq 30 il ərzində dövlət və dövlətçilik yarada bilmədilər, demək bunlar buna layiq deyil və bunlar bunu bacarmırlar. Həqiqətən də belə oldu və 30 il ərzində Petrosyan, Koçaryan, Sarkisyan, indi də Paşinyan bu toplumun başına ip salıb öz mənafeləri üçün ortada oynadırlar. Bu gün də o proseslər davam edir. Mən hesab edirəm ki, Azərbaycan güclü dövlətdir, bu güclü dövlətin güclü ordusu var, Azərbaycanda iqtidar-xalq-ordu birliyi dəmir yumruqdur və bu yumruq 44 gün düşmənin başına dəydi, onu məhv elədi və bu dəfə bunlar axmaqlasalar, həmin o dəmir yumruq İrəvanda bunların təpələrinə dəyəcək və bununla da bunların sonu olacaq”, deyə Elman Məmmədov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə