“Narazılıqlar Ermənistanı çökdürəcək” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Ermənistanda əsgər analarının etirazları anlaşılandır. Bir qayda olaraq, müharibə dönəmində itkin düşmüş əsgərlərlə əlaqədar əsgər analarının etirazları təkcə Ermənistanda deyil, hətta Avropa ölkələrində, ümumiyyətlə, nə vaxtsa müharibəyə qatılmış əksər ölkələrdə baş verib”. Bunu politoloq Elşən Manafov SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, indiki halda Ermənistanda əsgər analarının etirazları həm də ondan ibarətdir ki, Ermənistan hökuməti əslində “əsir” götürülmüş öz hərbçilərinin geri qaytarılması üçün erməni ictimaiyyətinin fikrincə, lazım olan bütün tədbirləri görmür: “Digər tərəfdən həm də erməni hakimiyyəti itkilərlə və əsir düşmüş erməni zabitləri və əsgərləri ilə bağlı əsl real faktları gizlətməyə çalışır. Təbii ki, bu da erməni ictimaiyyətində böyük narazılıq yaradır. Bu narazılıqlar isə bütün hallarda, həm də Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Paşinyanın əsas opponentlərinin xeyrinə işləyir. İstisna deyil ki, həmin narazılıqları maliyyələşdirən və istiqamətləndirən tərəflərdən biri də məhz “Qarabağ klanı”nın təmsilçiləridir. Yəni bu seçkilərdə Paşinyanın əsas opponentləridirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB