"Medianın İnkişafı Agentliyinin çox ciddi hədəfləri, strategiyaları var" - FOND RƏHBƏRİ ŞƏRH ETDİ

"Medianın İnkişafı Agentliyinin çox ciddi hədəfləri, strategiyaları var" - FOND RƏHBƏRİ ŞƏRH ETDİ

“Medianın İnkişafı Agentliyi yarandığı vaxtdan çox az bir müddət keçir. Yanvar ayının 12-də cənab Prezidentin sərancamı ilə Medianın İnkişafı Agentliyi yaradıldı. Qurumun icraçı direktoru Əhməd İsmayılov qurumun iş prinsipində nələrin dəyişəcəyi barədə çox aydın açıqlamalar verdi”. Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, dəyişikliklər iki istiqamətdə nəzərdə tutulurdu: “Biri qanunvericilik bazasının təkmilləşdirilməsi, ümumiyyətlə media qurumlarına, jurnalistlərə, media subyektlərinə yanaşma ilə digəri isə media qurumlarının maddi-texniki bazasının inkişaf etdirilməsi bağlı idi: "Qısa zaman kəsiyində biz hər iki istiqamətdə gərgin fəaliyyətin həyata keçirilməsini müşahidə edirik. Media sahəsində fəaliyyət göstərən əksər media ekspertləri, media qurumlarının rəhbərləri ilə bir-birinin ardınca görüşlər keçirilərək onların rəyləri alınıb, fikirləri öyrənilib”.

Umud Rəhimoğlu vurğulayıb ki, maddi-texniki bazanın yaxşıladırılması ilə əlaqədar da burada yanaşma bir qədər fərqlidir: “Biz görürük ki, artıq print media ilə yanaşı onlayn medianın da maddi-texniki bazasının dəstəklənməsi istiqamətində addımlar atılır. Müxtəlif mövzularda təlimlərin keçirilməsi də ondan xəbər verir ki, Medianın İnkişafı Agentliyinin çox ciddi hədəfləri, strategiyaları var. Ən əsası odur ki, ölkə Prezidentinin həmişə mediaya çox ciddi dəstəyi olub və medianın qaldırdığı bütün təşəbbüslərə ölkə rəhbərliyi tərəfindən dəstək verilib. Mediaya qayğının əsasında ölkə rəhbərliyinin ali iradəsinin dayandığını görürük”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə