Bir qrup vətəndaş Ermənistanın hökumət binası qarşısında baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zarzand Qabrielyan yerli mediaya informasiya verib.
Hüquq müdafiəçisi, "Hüquqi yol" ictimai təşkilatının sədri Ruben Melikyanın dediyinə görə, aksiya polis tərəfindən zorla dayandırılıb və iştirakçılarından təxminən on nəfərdən çoxu tutulub.
Əlavə məlumat üçün “Armenia Today” Ermənistan Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zarzand Qabrielyana müraciət edib. Müraciətə cavab olaraq Z.Qabrielyan da öz növbəsində onlar arasında inzibati xəta törətdiyinə görə 16 nəfərin tutulduğunu, barələrində protokol tərtib edildiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB