01.06.2021-ci il tarixində YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatı gənclər birliyi, Gədəbəy RİH başçısı aparatının 1-ci müavini Natiq Nağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin rəis müavini, deputat Sevinc xanım Hüseynovanın köməkçisi Elxan İsmayılov, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canlarından keçən Şəhidimiz- rayonun Parakənd kənd sakini 36 yaşlı Allahverdiyev Seymur Qərib oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub. Ziyarətçilər şəhidin məzarına tər güllər düzüb, ruhuna dualar oxuyublar. Eyni zamanda, şəhidin ailəsi ilə söhbətlər aparılıb, onların qayğı və problemləri dinlənilib.
Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB