Millət vəkili: “Ölkəmizin inkişafı, tərəqqisi üçün sıxlıq və birlik lazımdır” - AÇIQLAMA

Millət vəkili: “Ölkəmizin inkişafı, tərəqqisi üçün sıxlıq və birlik lazımdır” - AÇIQLAMA

"Müstəqilliyin əldə olunması günü əvəz olunmaz bayramımız, ən böyük xoşbəxtliyimiz, naliyyətimiz və gələcəyimizdir. Bu gündən başqa gözəl gün təsəvvür etmirəm". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Sədaqət Vəliyeva deyib. O bildirib ki, müstəqillik hər bir millətin mənəvi dəyərləri, ən xoşbəxt günüdür. Müstəqilliyin çox böyük mənasının olduğunu deyən millət vəkili vurğulayıb ki, bu gün ilk dəfə 1918-ci ildə əldə edilib, lakin o zamanın tələbləri başqa olduğundan bu, 23 aydan sonra itirilib.

"Ancaq bu müstəqillik 1991-ci ildə yenidən əldə olundu. Artıq 20 ildir ki, biz bu müstəqilliyin şirinliyini dadır, ondan bəhrələnirik. Bunun üçün biz ilk növbədə ulu öndər Heydər Əliyevə öz minnətdarlığımızı bildirməliyik. Bu gün onun qoyduğu siyasəti şərəflə və inamla davam etdirən İlham Əliyevin gördüyü işlər sahəsində Azərbaycan öz müstəqilliyini daha da inkişaf etdirir və gələcəyə doğru aparır. Mən inanıram ki, biz hamımız ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşsək respublikamızı yaxşı günlərə aparıb çıxaracağıq. Azərbaycan böyük dövlətlər arasında kiçik dövlətdir, bunları nəzərə almaq lazımdır. Bizə ölkəmizin inkişafı, tərəqqisi üçün sıxlıq və birlik lazımdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə