Rusiyadakı Səfirliyimiz Novosibirskdəki hadisə ilə bağlı müvafiq qurumlara müraciət edib

Rusiyadakı Səfirliyimiz Novosibirskdəki hadisə ilə bağlı müvafiq qurumlara müraciət edib

Azərbaycanın Rusiyadakı səfirliyi Novosibirskdə baş vermiş hadisə ilə bağlı müvafiq qurumlara müraciət edib.
SİA-nın xəbər verdiyi kimi, mayın 28-də Novosibirsk şəhərində baş vermiş hadisə nəticəsində əslən azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayev vəfat edib.
Diplomatik nümayəndəlikdən SİA-ya daxil olan məlumatda deyilir: “Faciə ilə əlaqədar V.Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin! Faciənin obyektiv və hərtərəfli araşdırılması üçün səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müvafiq müraciət olunub”.

Bütün xəbərlər Facebook səhifəmizdə